Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şahmar Usubov Oğuz rayonunun "Azərbaycan-60" qəsəbəsində səyyar qəbul - görüş keçirdi

0

  • Xocalı
    rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin mart ayında
    yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən, 17 mart 2022-ci il
    tarixdə Oğuz rayonunun "Azərbaycan-60" qəsəbəsində müvəqqəti
    məskunlaşmış əsasən Xocalı rayonunun Kosalar kəndindən olan sakinlərlə səyyar qəbul -
    görüş keçirdi. Səyyar qəbul - görüşdə rayonunun hüquq-mühafizə orqanlarının, idarə və
    müəssisələrin rəhbərləri və sakinlər iştirak etdilər. 

    Səyyar
    qəbul - görüşdə vətəndaşları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı
    Şahmar Usubov pandemiya səbəbindən uzun müddətdir görüşlərin təxirə salındığını
    diqqətə çatdıraraq sakinlərə səmimi ürək sözlərini, Novruz bayramı təbrikini
    çatdırdı. Şahmar Usubov çıxışında ölkəmizin son zamanlarda əldə etdiyi nailiyyətlərdən, Cənab
    Prezidentimizin apardığı uğurlu və xarici siyasətdən, 44 günlük Vətən
    müharibəsində Müzəffər Ordumuzun Şanlı qələbəsindən, xalqımızın həmrəyliyindən
    söz açdı. Bildirdi ki, pandemiya şəraitində yaşamağımıza baxmayaraq, ölkəmizdə
    heç bir sosial layihə təxirə salınmadı, iqtisadi inkişafımız artmaqda davam
    etdi. Bu da ölkə başçısının uzaqgörən siyasətinin, qətiyyətinin nəticəsidir.
    Azərbaycan həm döyüş meydanında, həm iqtisadi sahədə, həm də diplomatik müstəvidə böyük uğurlara imza atmaqla öz nüfuzunu gündən-günə artırmaqdadır. 

    Sonra Xocalı rayon Qaragav kənd tam
    orta məktəbinin direktoru Aydın Əliyev qəsəbə sakinlərini narahat edən ümumi
    məsələlər haqqında məlumat verdi. Bildirdi ki, qəsəbə sakinlərinin əsas
    problemləri yaz-yay aylarında öz mal-qarasını örüşə aparmaları üçün icazə
    alınmasına və gənclərimizin işlə təmin olunmasına kömək olunmasıdır. 

    Sonda problemi olan
    vətəndaşlar fərdi şəkildə qəbul edildi. Vətəndaşlar tərəfindən qaldırılan
    məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü.Görüş
    zamanı vətəndaşlar onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək
    Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. 

    Qeyd
    edək ki, səyyar görüş-qəbulda 42 nəfər sakin iştirak etdi.

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib21 dəfə
    Şahmar Usubov Oğuz rayonunun "Azərbaycan 60" qəsəbəsində səyyar qəbul görüş keçirdi

    Maraqlı gələ bilər
    43
    164
    55